…Günəş sisteminin yaxınlığında mənşəyi naməlum sərgərdan obyekt aşkar edilib. Çox güman ki, söhbət əvvəllər SGR 0501+4516 təyin edilmiş və Süd Yolundan kənarda əmələ gələn maqnitardan gedir.
SİA-nın məlumatına görə, alimlərin araşdırması “Astronomy & Astrophysics” jurnalında dərc olunub.
NASA bu barədə qısa məlumat verir.
Obyektin tədqiqi Hubble və Gaia kosmik rəsədxanalarından istifadə etməklə aparılıb, bunun sayəsində alimlər SGR 0501+4516-nın mümkün doğulduğu yeri aydınlaşdırıblar.
Əvvəlcə göy cismi yaxınlıqdakı fövqəlnova partlayışının məhsulu hesab edilirdi, lakin onun trayektoriyasının tədqiqi SGR 0501+4516-nın əvvəllər düşünüldüyündən daha tez yarandığını və ya qeyri-adi şəkildə əmələ gəldiyini göstərib.
Tədqiqat müəlliflərinin fikrincə, qeyri-adi obyekt hazırda iki neytron ulduzunun birləşməsi və ya bir səma cismindən digərinə maddə axını (akkresiya) ilə müşayiət olunan bir cüt ulduzun dağılması nəticəsində yaranan Süd Yolunda maqnitar roluna ən yaxşı namizəd sayıla bilər.
Bu cür ssenarilər alimlər üçün xüsusi maraq doğurur, çünki onlar sürətli radio partlayışlarının təbiətini izah edə bilirdilər. SGR 0501+4516 15 ildən çox əvvəl Yerdən təxminən 15 min işıq ili uzaqlıqda yerləşən Swift kosmik rəsədxanasının köməyi ilə kəşf edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə