…Kalininqrad sakini körpünün altında filosof İmmanuel Kantın 100 illik mesajını tapıb.
SİA-nın məlumatına görə, bu barədə Klopsa artefaktı hədiyyə alan kolleksiyaçı Sergey Popov deyib.
Onun sözlərinə görə, qiymətli tapıntını ona təqdim edən şəxs qazıntılarda işləyib.
Lövhədə Kantın ən məşhur imperativini oxuya bilərsiniz. Filosof deyir, ki, “…iki şey ruhu daim yeni, artan heyranlıq və ehtiramla doldurur - üstümdəki ulduzlu səma və içimdəki əxlaq qanunu…”
Popov təklif edib ki, bu tarixi obyekt Kantın ölümünün 100 illiyi şərəfinə Kral qalasının divarları altında qoyulmuş xatirə lövhəsinin surəti ola bilər.
O vurğulayıb ki, lövhə I Dünya Müharibəsi başlamazdan əvvəl hazırlana bilərdi.
Kollektor tapıntını oksidlərdən təmizlədiyini və şəxsi kolleksiyasında saxlamağı planlaşdırdığını etiraf edib.
Xatırladaq ki, aprelin əvvəlində Rusiyada iki min il əvvəl itirilmiş pul kisəsi tapılmışdı. Obyekt 2023-2024-cü illərdə tapılıb, ancaq indi arxeoloqlar onu təsvir edə biliblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə