…Deməli, bəzən fırıldaqçılar başqasının əmlakına sahib çıxandan sonra, əmlakı əlindən çıxandan xilas olmaq barədə heyrətamiz ideyalar irəli sürürlər.
SİA Belarus saytlarına istinadən xəbər verir ki, onlardan biri barədə Minsk Vilayəti Prokurorluğu məlumat yayıb.
Deməli, dələduzlar mənzili ələ keçirmək, sonra isə satmaq məqsədilə tənha yaşayan Minsk sakinini uydurma şəkildə rayon mərkəzinin sakini ilə evləndiriblər. Yalançl “toy” 2021-ci ilin iyununda baş tutub və…
Həmin dövrə qədər 63 yaşlı təqaüdçü kişi Minskdə öz mənzilində tək yaşayırmış.
Fırıldaqçılar heç nə düşünmədən onun evini zəbt etmək üçün plan hazırlayıblar.
Bunun üçün onlar, kişini Qomel vilayətinin 63 yaşlı sakini ilə “evləndiriblər”.
…Və 2021-ci ilin iyul ayında təqaüdçü həyat yoldaşına sahib olduğu mənzili sata bilməsi üçün etibarnamə verib. Həmin ay qadın alqı-satqı müqaviləsi bağlayıb. Bir qədər sonra məlum olub ki, ona qarşı qanunsuz hərəkətlər baş verən zaman təqaüdçü psixi pozğunluqdan əziyyət çəkirmiş.
Yəni kişidə psixi pozğunluq var.
Təbii ki, fırıldaqçıların arzuları ürəklərində qalıb.
Belə ki, Minsk şəhərinin Frunzenski Rayon Məhkəməsi mənzilin alqı-satqısı üçün verilmiş etibarnaməni ləğv edib.
“Gəlini” də evdən “qovub” və ahıl şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilərək, daimi yaşayış üçün sosial pansionata qəbul edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə