Süni intellektlə işləyən geyilən cihazlar insan sağlamlığını təyin edəcək..?
…Elm adamları alınan məlumatlar əsasında insanın vəziyyətini müəyyən edə və əgər varsa xəstəliklərə diaqnoz qoya biləcək ağıllı saatlara süni intellekt tətbiq etməyi planlaşdırır.
SİA-nın məlumatına görə, xüsusilə, süni intellekt ürək-damar sisteminin vəziyyətini öyrənəcək.
Alimlər geyilə bilən cihazlardan əldə edilən məlumatlar əsasında xəstələrdə sağlamlıq problemlərini müəyyən etmək üçün süni intellekt öyrətməyi planlaşdırırlar.
Söhbət ürək döyüntüsünü, qanda oksigen səviyyəsini və yuxu vəziyyətini qeyd edə bilən ağıllı saatlardan gedir.
Bu gün ağıllı saatlar sayəsində artıq aritmiyanı aşkar etmək mümkündür. Bu, həkim tərəfindən müalicə tələb edən bir vəziyyətdir.
İndi alimlər süni intellektə daha ciddi ürək problemlərini tapmağı öyrətməyə çalışırlar. Bunun üçün süni intellekt böyük həcmdə verilənlər üzərində öyrədilir.
Daha sonra süni intellekt öz-özünə biosiqnallardakı boşluqları doldurmağa başlayacaq və mövcud məlumatlar əsasında növbəti ürək döyüntüsünün anını proqnozlaşdıra biləcək..?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə