Peru mumiyalarının cəsədlərində izaholunmaz bir şey aşkar edilib

…“Naskanın tridaktilləri” kimi tanınan qeyri-adi tapıntıların içərisində metal implant var. Bu açıqlama ilə məhkəmə-tibb eksperti doktor Xose Zalse Benites çıxış edib.

SİA-nın məlumatına görə, “Naskanın tridaktilləri” kimi tanınan qəribə tapıntılar bir daha elm adamlarının diqqətini çəkir.

Yadplanetlilərə aid ola biləcəyi iddia edilən və quldurlar tərəfindən Perudan götürülən qalıqlar həkimlər tərəfindən tədqiq edilib.

Onlardan biri, məhkəmə eksperti doktor Xose Zalse Benites mumiyalardan birində qəribə tapıntı aşkar etdiyini bildirib. İddialara görə, mumiyanın əlində alüminium, qalay, gümüş, mis, kadmium və osmium ərintisindən hazırlanmış implant olub.

Məlumdur ki, bu elementlərin emalı üçün yüksək texnoloji dəqiqlik tələb olunur.

Jose Zalse Benitez implantın təsadüfi daxil edilmə olmadığını, müəyyən bir məqsədlə yaradılmış bir quruluş olduğunu vurğulayıb. Bununla belə, Peru Mədəniyyət Nazirliyinin nümayəndələri cəsədlərin həqiqiliyinə ciddi şübhələr bildirib, tapıntıları şübhəli adlandırıb və onların saxtakarlıq halı ola biləcəyini bildiriblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə