Stalinin deşifrə edilmiş DNT-si tipik Osetiya haplotipini aşkar edir…
…Alimlər İosif Stalinin DNT-sini deşifrə etdikdən sonra kəşf etdiklərini açıqlayıblar.
SİA-nın məlumatına görə, bununla onun mənşəyi müəyyən edilib.
Deməli, rəsmi məlumata görə, sovet lideri Gürcüstanın Qori şəhərində anadan olub. Atası gürcü əsilli olub.
…Buna baxmayaraq, bəzi məşhur şəxsiyyətlər İosif Stalinin osetin kökləri olduğunu bəyan ediblər.
Professor Anatoli Klesovun Stalinin nəvəsi, aktyor və rejissor Aleksandr Burdonskinin DNT-sini öyrənərək həll etməyə çalışdığı bu sirr idi.
Nümunədə Haplogroup G2a aşkar edilmişdir.
Bu isə, Stalinin osetin köklərinə malik olmasına dəlalət edir. Deyilənlərə görə, Şimali Osetiyada əhalinin 60 faizdən çoxu bu haploqrupun daşıyıcısıdır.
Yeri gəlmişkən, G2a digər Qafqaz xalqları arasında da rast gəlinir, lakin daha az nisbətdə…
Məsələn, Gürcüstanda G2a daşıyıcıları 20 faizdən az təşkil edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə