…Alimlər Yerin bağırsaqlarında bakteriya, mikroorqanizmlər və nematod qurdlarının yaşadığını aşkar ediblər. Nəhəng ekosistemin çəkisi 20 milyard tondan artıqdır.
SİA-nın məlumatına görə, 52 ölkədən 200 alimdən ibarət tədqiqat qrupu Yerin dərinliklərində nəhəng ekosistem aşkarlayıb.
Bu, ən dərin quyunun qazılması üzrə 10 illik işin nəticəsidir. Ekosistem dünya okeanlarından daha dərində yerləşir və Yerin səthində yaşayanlara bənzəyən orqanizmlərdən ibarətdir.
Bunlar bakteriya, mikroorqanizmlər və nematod qurdlarıdır. Alimlər ekosistemin təxmini çəkisini 20 milyard ton hesab edirlər.
Tədqiqatçılar hesab edirlər ki, orqanizmlər süxurların oksidləşməsindən əldə edilən enerjidən istifadə edərək sağ qalırlar.
Hüceyrələri bərpa etmək üçün onlar hərəkət etmir, nadir hallarda çoxalırlar və zəif metabolizmə malikdirlər.
Alimlər indi orqanizmlərin necə böyüdüyünü və qayalara necə nüfuz etdiyini anlamağa çalışırlar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə