…Madridin Usera rayonundakı Çin restoranı olan “Cin Quya” baxış zamanı polis onlarla ölü göyərçin, kir və xarab yemək tapıb.
SİA-nın məlumatına görə, BILD yazır ki, araşdırmaya görə, quşlar ördək qızartması adı altında müştərilərə təqdim edilir.
Polis hadisə yerinə gələndə sobanın üzərindəki qazanda çox güman ki, yemək bişirmək üçün nəzərdə tutulmuş iki ölü göyərçin olub.
Səkkiz nasaz soyuducuda markalanmamış ət olub.
Sonradan təhlillər göstərib ki, bu, şəhər göyərçinlərinin ətidir.
“El Mundo” qəzetinin məlumatına görə, ümumilikdə 300 kq-a yaxın xarab qida müsadirə edilib.
Polis əməkdaşlarından biri qoxunun son dərəcə xoşagəlməz olduğunu bildirib: tarakanlar görünüb və yerdə siçan tələləri də olub.
Maraqlıdır ki, restoran əvvəllər Google-da müsbət rəylər almış, hətta bəziləri onu bölgədəki ən yaxşı Çin restoranı kimi tövsiyə etmişdi.
Lakin sonrakı araşdırmalarda qida zəhərlənməsi halları qeyd olundu. Hazırda polis restoran sahibi ilə bağlı işi araşdırır. Onun qapısında "tətillə əlaqədar" müvəqqəti bağlandığını bildirən bildiriş asılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə