Qulaqcıqda nə qədər musiqi dinləyə bilərsiniz..?

…Mütəxəssislər 60 faiz səs səviyyəsində hər dəfə bir saatdan çox olmayan musiqi dinləməyi məsləhət görürlər. Bundan sonra 5-10 dəqiqə ara verməlisiniz.

SİA-nın məlumatına görə, bu barədə rusiyalı otorinolarinqoloq və audioloq Larisa Vleqjanina bildirib.

O, maksimumun 60 faizə qədər səs səviyyəsinin təhlükəsiz hesab edildiyini və daha yüksək səslə, xüsusən də 85 desibeldən yuxarı olan musiqiyə qulaq asmanın eşitmə qabiliyyətinin zədələnmə riskini artırdığını söyləyib. …Mütəxəssislər 60/60 qaydasına əməl etməyi tövsiyə edirlər: bir dəfəyə 60 faiz səslə 60 dəqiqədən çox olmayan musiqi dinləyin, sonra 5-10 dəqiqəlik fasilə verin. Əgər daha yüksək səsə üstünlük verirsinizsə, gündə ümumi dinləmə müddəti 30 dəqiqədən çox olmamalıdır.

Musiqi dinlədikdən sonra qulaqlarınızda zəng və ya səs-küy hiss edirsinizsə, bu, səsin çox yüksək olduğuna işarə ola bilər. Həmçinin, nitqin və ya digər səslərin qəbulunun pisləşməsi eşitmənin zədələnməsini göstərə bilər və bu vəziyyətdə ən qısa müddətdə həkimə müraciət etməlisiniz.

Həkim qeyd edib ki, riskləri minimuma endirmək üçün səsin artırılması lazım olan səs-küylü yerlərdə musiqi dinləməkdən çəkinmək lazımdır.

Mütəxəssis onu da qeyd edib ki, xüsusən də qulaqcıqdan tez-tez istifadə edirsinizsə, eşitmə qabiliyyətinizi mütəmadi olaraq bir mütəxəssislə yoxlamaq lazımdır.

Bundan əlavə, həkimin əlavə etdiyi kimi, səs səviyyəsini və dinləmə vaxtını idarə etməyə kömək edən xüsusi proqramlardan istifadə edə bilərsiniz.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə