Ev heyvanları həyat keyfiyyətini yaxşılaşdırır..?

…Kent Universitetinin britaniyalı alimləri it və ya pişik sahibi olmağın xoşbəxtliyin pul ekvivalentini hesablayıblar. Belə çıxır ki, ev heyvanlarına sahib olmaq sahiblərinə həyatdan məmnunluq baxımından əhəmiyyətli məbləğ gətirir.

SİA-nın məlumatına görə, tədqiqat Social Indicators Research (SIR) elmi jurnalında dərc olunub.

Nəticə iqtisadçılar tərəfindən işlənib hazırlanmış “həyatdan məmnunluq yanaşması” metodologiyasından istifadə etməklə əldə edilib.

Hesablamalar göstərib ki, dördayaqlı yoldaşlarla əlaqəli rifahı pula çevirsəniz, nəticədə əldə olunan məbləğ tək yaşamaqla müqayisədə ildə təxminən 70.000 funt sterlinq olardı.

…Bu araşdırma ev heyvanlarının bizim üçün yaxşı olub-olmaması sualına "hə" cavabını verir. Ev heyvanları bizə qayğı göstərir və onların yoldaşlığı əhəmiyyətli pul dəyərinə malikdir.

…Bu məlumat dördayaqlı ev heyvanları olan insanların rifahını və həyatdan məmnunluğunu yaxşılaşdırmağa yönəlmiş səhiyyə təcrübələrində və siyasətlərində istifadə edilə bilər.

Bunu tədqiqatın aparıcı müəllifi, doktor Adelina Qşvandtner bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə