Texnologiyanın inkişafı sayəsində tədqiqatçılar Firon Tutanxamonun ölümünün əsl səbəbini müəyyən edə biliblər. Qədim Misirin əfsanəvi hökmdarının ölüm səbəbi DNT analizindən istifadə edilərək müəyyən edilib.
SİA-nın məlumatına görə, genetik araşdırmalar hökmdarın gənc yaşlarından təkrarlanan malyariya xəstəliyindən əziyyət çəkdiyini üzə çıxarıb.
İndiki vaxtda bu xəstəlik effektiv şəkildə müalicə olunur, lakin 33 əsr əvvəl misirlilərin belə vasitələri yox idi. Maraqlıdır ki, Tutanxamonun babası və nənəsi Firon III Amenhotep və Kraliça Tiye də bu xəstəlikdən dünyasını dəyişiblər.
Qeyd etmək lazımdır ki, gənc fironun həyatı boyu qohumluq birliyindən doğulduğu üçün anadangəlmə xəstəlikləri olub.
Belə ki, onun qalıqlarını tədqiq edən alimlər onun II tip Keller xəstəliyinə tutulduğunu aşkar ediblər.
Bildirilir ki, buna ayaq sümüklərinin zədələnməsi və məzarda bir neçə çubuqun olması işarə edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə