Alimlər İsanın dəfn yerində qədim bağ tapdılar…

…Yerusəlimdə, Müqəddəs Qəbiristanlıq Kilsəsinin ərazisinin altında, italyan arxeoloqları iki min ildən çox əvvəl üzüm tənəkləri və zeytun ağaclarının becərildiyi güman edilən qədim bağın sübutunu tapdılar.

Belə bir bağın olması haqqında məlumat Yəhya İncilində var.

SİA-nın əldə etdiyi məlumata görə, “The Times of Israel” xəbər verir ki, bibliya mətnlərinə görə, İsa Məsih məhz bu yerdə çarmıxa çəkilib, basdırılıb və sonra dirilib.

Tapılan tozcuqlardan əlavə, arxeoloqlar qaya məbədində qəbirlər, qədim terrasların qalıqları və Roma sikkələrinin kolleksiyasını da aşkar ediblər.

Roma Sapienza Universitetinin professoru Francesca Romana Stasollanın rəhbərliyi ilə 2022-ci ildə başlayan arxeoloji işlərin Pasxa bayramından sonra başa çatdırılması planlaşdırılır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə