…Yohan Qaume və Aleksandr Puzrin tərəfindən aparılan araşdırma İqor Dyatlovun Şimali Uraldakı qrupunun ölümünə qar uçqunu səbəb olduğuna dair güclü dəlillər təqdim edib. Bu fərziyyəni təsdiqləmək üçün elm adamları faciəli hadisələrin baş verdiyi əraziyə ekspedisiya təşkil ediblər.
SİA xatırladır ki, uçqunun əvvəlki versiyaları turistlərin aldığı xəsarətlərin xarakterinə görə mübahisəli idi.
Qaume və Puzrin sıx “qar plitəsi”nin – yüksək sıxlığa malik olan və dağıldığı halda ciddi ziyan vura bilən xırda dənəli qar kütləsinin qəfil uçqunu ilə bağlı nəzəriyyə irəli sürüblər.
…Tədqiqatçıların sözlərinə görə, çökmə gecə saatlarında qrup çadırda olarkən baş verib. Qar kütləsinin təsiri xəsarətlərə səbəb olub, turistləri lazımi isti paltar olmadan sığınacaqdan çıxmağa məcbur edib.
Avadanlıqların olmaması və aşağı temperatur hipotermiyaya səbəb olubki, bu da tibbi müayinə məlumatları ilə təsdiqlənir. Bu fərziyyəni yoxlamaq üçün İsveçrə alimləri həmin günün meteoroloji məlumatlarından istifadə edərək kompüter modeli yaradıblar.
Simulyasiya yaralanmalara səbəb olan qarın çökməsi ehtimalını göstərib, lakin çadırı tərk etmə ehtimalını istisna etməyib.
Bu da onu təsdiqləyir ki, “qar lövhəsi” həmin şəraitdə əmələ gəlib faciənin səbəbkarına çevrilə bilərdi.
Nəticələrə baxmayaraq, Qaume və Puzrin qəti nəticə çıxarmağın mümkün olmadığını vurğulayırlar.
Sağ qalanların olmaması “Communications Earth & Environment” jurnalında bildirildiyi kimi bu fərziyyəni nə sübut, nə də təkzib etməyi qeyri-mümkün edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə