Maltanın Komino adası təhlükə altındadır…

…Malta sahillərində yerləşən Komino adası gündə 10 minə qədər ziyarətçinin gəldiyi kütləvi turizm səbəbindən ekoloji problemlə üzləşib.

SİA-nın məlumatına görə, ekoloqlar bildiriblər ki, turist axını adanı siçovullarla dolu fəlakət zonasına çevirir.

3,5 kvadrat kilometrlik ada əvvəllər mənzərələri və məşhur Troya eləcə də Qraf Monte Kristo filmlərindəki görünüşü sayəsində Aralıq dənizinin ən cəlbedici yerlərindən biri hesab olunurdu.

Lakin səyahət edənlərin kəskin artması ciddi ekoloji dəyişikliklərə səbəb olub.

…BirdLife Malta şirkətinin baş direktoru Mark Sultana bildirir ki, 10.000 ziyarətçinin səsi, bitki örtüyünün tapdalanması və yerli ekosistemi təhdid edən tullantıların yığılması adanı “ümumi fəlakət”ə sürükləyir.

Səyyahların güclü axını yerli quş və kərtənkələ növləri üçün təhlükə yaradan siçovulların sayının artmasına səbəb olub. Siçovullar onların yumurtalarını yeyirlər.

Komino ( bu balaca bir adadır –A.B.) vaxtilə köçəri quşlar üçün sığınacaq olub.

Ekoloqlar qeyd edirlər ki, hakimiyyət orqanları fəaliyyətsizdir və adanı qorumaq üçün lazımi tədbirlər görmür.

Maltanın Ətraf Mühit Fondu təcili islahatlara çağırıb. Yerli turizm agentlikləri turistlərə ekoloji problemlər barədə məlumat vermədən Komino-nu bozulmamış cənnət kimi reklam etməyə davam edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə