Zukerberq Vaşinqtonda ən bahalı evlərdən birini alıb…

…Meta şirkətinin baş direktoru Mark Zukerberq Vaşinqtonda ən bahalı evlərdən birini 32 milyon dollara alıb. Deyilənlərə görə, malikanənin ümumi həcmi 1400 kvadrat metrdən çoxdur.

SİA-nın məlumatına görə, bu barədə “Politico” yazır.

Alıcının adı əvvəlcə məxfi saxlanılırdı, lakin sonradan Meta evin həqiqətən də Zukerberq və onun həyat yoldaşı Priscilla Çana məxsus olduğunu təsdiqlənib.

…Meta izah edib ki, alış Zukerberqin ABŞ paytaxtında daha çox vaxt keçirmək niyyəti ilə bağlıdır - şirkət texnoloji liderliklə bağlı siyasi məsələlərdə fəal iştirak edir.

Nazlı Aılmuradova

Bütün xəbərlər Facebook səhifəmizdə