Saturnun halqalarının ilk “yoxa çıxma” tarixi…

Bu gün, martın 23-də Saturnun halqaları tamamilə “yoxa çıxıb”.

SİA-nın məlumatına görə, bu barədə Ka-Dar rəsədxanasının və Astroverty astrofarmının elmi direktoru Stas Korotkiy RİA danışıb.

Mütəxəssisin fikrincə, bu, Saturn və Yerin nisbi mövqelərinin səbəb olduğu iki “yoxa çıxmalardan” birincisidir.

Qeyd edilir ki, planetin halqalarının qalınlığı cəmi 30 metr, diametri 300 min kilometrdir. Bu arada Yerdən Saturna qədər olan məsafə təxminən 1,3 milyard kilometrdir.

Buna görə də, planeti böyük bir teleskopla müşahidə etsəniz belə, yerin sakinləri üçün onlar yoxa çıxıblar.

Qeyd edilməlidir ki, bu hadisə tez-tez baş vermir - hər 15 ildə bir dəfə.

Bunu deyən astronom, halqaların noyabrın 26-da ikinci dəfə “yoxa çıxacağını” açıqlayıb.

Bundan əvvəl astronomlar Saturnun 128 yeni peyki kəşf edərək onların ümumi sayını 274-ə çatdırmışdılar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə