…Kanadalı alimlər yaxşı əhval-ruhiyyənizi “artırmağın” ən asan yolunu tapıblar. Göründüyü kimi, davamlı "xoşbəxtlik uğrunda" yarış, nəticədə, əksinə, bədəni yorur və sağlamlığa təsir göstərir.
SİA-nın məlumatına görə, Toronto Universitetinin aparıcı mütəxəssisləri apardıqları araşdırmalar zamanı müəyyən ediblər ki, hər bir insan çox vaxt özü də fərqinə varmadan xoşbəxtlik hissi üçün can atır.
Mütəxəssislər qeyd edirlər ki, insan nə qədər xoşbəxt olmağa çalışsa, bir o qədər də uğur qazanır. Xoşbəxtlik çoxlu zehni səy tələb edir. Bu əbədi yarış bədəni sözün əsl mənasında yorur. Nəticədə, bu, sürətli yorğunluğa gətirib çıxarır, özünə nəzarəti azaldır və ehtiyatsız hərəkətlərə səbəb olur.
Toronto Universitetinin alimləri müəyyən ediblər ki, əbədi pozitivliyin sirri həyatdan “burada və indi” həzz almaq, xoşbəxtliyi təbii hal kimi qəbul etmək, daim “xoşbəxt gələcək” üçün səy göstərməmək, xırda şeylərdən həzz almaq və sadəcə həyatdan həzz almaq bacarığındadır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə