Yapon alimləri zamanı geriyə çevirməyin yolunu tapıblar

Yapon bioloqları canlı orqanizmlərin qocalmasından məsul olan zülal kəşf ediblər

...Yaponiyanın Osaka Universitetinin alimləri qocalma anlayışımızı kökündən dəyişdirə və həyatın aktiv fazasını uzada biləcək bir araşdırma təqdim ediblər.

SİA-nın məlumatına görə, onlar yaşla orqanizmdə toplanan və qocalmanı sürətləndirən iltihabi prosesləri təhrik edən qocalmış hüceyrələri tədqiq ediblər.

Mütəxəssislər bu hüceyrələrdə onların dəyişmiş strukturunu dəstəkləyən AP2A1 adlı zülal aşkar ediblər.

Təcrübələr göstərib ki, bu zülalın səviyyəsinin azaldılması köhnə hüceyrələrin məhvinə gətirib çıxarır, onları yenidən bölünməyə və bərpa etməyə məcbur edir.

Tədqiqatın rəhbəri doktor Şinji Dequçi qeyd edib ki, bu mexanizm orqanizmin cavanlaşmasının açarı ola bilər.

Kəşf yaşla bağlı xəstəliklərlə mübarizə, toxumaların bərpası və ömrün əhəmiyyətli dərəcədə uzadılması üçün ümid verir. Alimlər təklif edirlər ki, AP2A1-ə təsir etmək orqanizmin fiziki aşınmasını azaldacaq və uzunmüddətli perspektivdə qocalıq anlayışını aradan qaldıracaq..?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə