...Məhsul artıq dişləri çatmayan uşaqlar üzərində sınaqdan keçirilib. Dərman siçanlarda dişlərin böyüməsi üçün də istifadə edilib. İndi o, böyüklər üzərində sınaqdan keçiriləcək.
SİA-nın məlumatına görə, Yaponiyada dişlərin böyüməsinə kömək edən məhsulun sınaqdan keçirilməsinin növbəti mərhələsi başlayıb.
AFP xəbər verir ki, dərman Osakada yerləşən Kitano Tibb İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.
Alimlər dərmanın aktiv tədqiqatlarına ötən ilin payızında başlayıblar. Daha sonra anadangəlmə anomaliyalara görə dişləri olmayan uşaqlar üzərində analizlər aparılıb.
İndi onlar məhsulu 30-64 yaşlı böyüklər üzərində sınaqdan keçirmək istəyirlər.
Alimlər üçüncü diş dəstinin başlanğıcının diş ətinin altında gizləndiyini bildirmişlər. Ekspertlər məhz onların “oyanışına” ümid bəsləyirlər.
Heyvanlar üzərində aparılan bir araşdırma bunun USAG-1 zülalını bloklamaqla mümkün olduğunu göstərib.
Nəticədə alimlər siçanlarda və ferretlərdə yeni dişlər çıxara biliblər.
...Əsasən uşaqlar üçün nəzərdə tutulan yeni dərmanın 2030-cu ilə qədər satışa çıxarılacağı gözlənilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə