Təxminən 66 milyon il əvvəl dinozavrları məhv edən asteroid tək deyildi...
...İkinci kosmik cisim Qərbi Afrika sahillərində bir planetlə toqquşub. Asteroidin düşməsinin dəqiq tarixini hələlik müəyyən etmək mümkün deyil.
SİA-nın məlumatına görə, Şotlandiyalı elm adamları təqribən 66 milyon il əvvəl dinozavrları məhv edən asteroidin həmin dövrdə Yerə çarpan yeganə asteroid olmadığını müəyyən ediblər.
...İkinci kosmik cisim Qərbi Afrika sahillərində bir planetlə toqquşub. Diametri doqquz kilometr olan Nadir krateri ilk dəfə 2022-ci ildə aşkar edilib, lakin o zaman mənşəyi məlum deyildi.
Asteroidin düşməsinin dəqiq tarixini hələlik müəyyən etmək mümkün deyil, lakin elm adamları bunun dinozavrların nəsli kəsildiyi dövrdə baş verdiyinə əmindirlər.
Nadir kraterini yaradan asteroid təqribən 450-500 metr enində olub və saatda 72 min kilometr sürətlə atmosferə daxil olaraq səmada alov topunu əmələ gətirib. Zərbə Atlantik Okeanını keçərək geoloji izlər buraxaraq təxminən 800 metr hündürlüyündə sunamiyə səbəb oldu.
Bu hadisə Yerdəki həyatın çox hissəsini məhv edən daha böyük asteroidin təsirini daha da gücləndirə bilərdi. Krateri araşdırmaq üçün doktor Nikolson və komandası TGS-dən 3 ölçülü məlumatlardan istifadə ediblər.
Krater yaxşı qorunduğu üçün tədqiqatçılar hadisəni anlamağa kömək edəcək qaya təbəqələrini təhlil edə biliblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə