…Tacikistan Dövlət Ticarət Universitetinin 2-ci kurs tələbəsi, 22 yaşlı Bexzod Nazarov müəllimə qarşı xuliqanlıq etdiyinə görə saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Düşənbə şəhəri üzrə Daxili İşlər Nazirliyi bildirib.

Beləliklə, bu il sentyabrın 19-da universitetin akt zalında tələbə “Etika və estetika” fənninin müəllimi Toxir Sultonovu təhqir edib və döyüb.

Hazırda faktla bağlı ilkin araşdırma aparılır. Polis başqa təfərrüatları açıqlamayıb.

Yada salaq ki, bu tədris ilinin əvvəlində Düşənbədə təhsil işçiləri və tələbələrlə görüşdə Tacikistan Prezidenti Emoməli Rəhmon hökumətə “Müəllimlərin statusu haqqında” qanun layihəsini hazırlayıb parlamentə təqdim etməyi tapşırmışdı. Belə ki, dövlət başçısı təhsil sahəsində çoxsaylı problemlərdən narahat olduğunu bildirib, müəllimlərin fədakar əməyi sayəsində dövlətin abadlaşmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verən nəsillərin formalaşdığını bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə