ABŞ-da bir adam düşüncə gücü ilə ağıllı evi idarə edə bilib

…Amyotrofik yanal sklerozdan əziyyət çəkən və praktiki olaraq hərəkət edə bilməyən amerikalı bir kişi, neyron interfeysdən istifadə edərək virtual köməkçidən istifadə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Noj” yazır.

O, əllərini və ya səsini istifadə etmədən müxtəlif funksiyaları işə salan fərdiləşdirilmiş menyu elementlərini seçmək üçün ağlından istifadə edə bilib.

Kişi işıqları yandırıb-söndürə, ağıllı evə nəzarət edə, musiqi və video oxuya, videozənglər edə, Kindle-da kitab oxuya və Amazon-da alış-veriş edə biləcək.

Bütün bunlarda ona beynin motor qabığının üstündə böyük bir damarda yerləşən və həm onun siqnallarını qeyd etməyə, həm də elektrik stimullaşdırılmasını həyata keçirməyə imkan verən Synchron elektrofizioloji platforması kömək edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə