...Polşada Xelmdəki tarixi kafedral yaxınlığında qazıntılar zamanı arxeoloqlar xüsusi üsulla basdırılmış “vampir uşaq” qalıqlarını aşkar ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın Daily Mail qəzeti yazır.
Tədqiqatçılar yepiskopun bağçasında işləyərkən qəribə kəşflə qarşılaşıblar.
Özünəməxsus dəfn yeri şərqə və qərbə baxan iki sütunla işarələnmişdi.
Uşağın cəsədi üzü aşağı torpağa basdırılıb, gövdəsinin başı kəsilib, üstəlik daşla örtülüb.
Ekspertin sözlərinə görə, möminlər mərhumun “şeytani məxluq” olduğuna və “qəbirdən çıxmağa” cəhd edə biləcəyinə əmin olduqları üçün insanları bu şəkildə saxlayırdılar.
Əsrarəngiz yerin yanında daha bir uşaq adi qaydada basdırılıb. Hər iki dəfn tarixi erkən orta əsrlərə, təxminən 18-ci əsrə bərabər tutulur.
Alimlər uşaqların hansı yaşda öldüyünü müəyyən etmək üçün skeletləri tədqiq etməyi planlaşdırırlar.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə