Ayı yuvasına girən serb bloger sağ qalıb

…Serb bloqqer Stefan Yankoviç özünü ayı ilə eyni yuvada gördüyü yeni videosu ilə abunəçilərini təəccübləndirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onun “Həyatın kənarında” adlı videosu dərhal viral olub və milyonlarla baxış toplayıb.

Kadrlarda onun yuvada olduğu, ikinci videoda isə ağacda oturduğu, altda isə iki ayının gəzdiyi görünür.

Maraqlıdır ki, bloqqerin bu vəziyyətə necə düşdüyü açıqlanmır.

Ayılar insanlar üçün ciddi təhlükə yaratsalar da, bəzi hallarda təhlükə hiss etmədikdə və ya qida axtarışı ilə məşğul olduqda aqressivlik nümayiş etdirməyə bilərlər.

Görünür, yırtıcılar Yankoviçi təhlükə hesab etməyib, onu tək qoyublar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə