Ölkədə yüz yaşı olanların əksəriyyəti qadınlardır…
Belarusun üç sakininin 110 yaşı tamam olub, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər və Sosial Yardım Baş İdarəsinin rəis müavini Nikolay Orel deyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BELTA xəbər verir.
Son məlumatlara görə, ölkədə 600-dən çox insanın yaşı 100-dən yuxarıdır. Son on il ərzində onların sayı 400-ə yaxın olub. 2023-cü ildə 500-ə yaxın yüzillik var idi.
Nikolay Orelin dediyinə görə, bütün yüzilliklər arasında Belarusun üç sakininin yaşı 110-dan yuxarıdır.
Gender tərkibinə gəlincə, Baş İdarənin rəis müavini əlavə edib ki, 65 yaşdan yuxarı şəxslərin 66 faizi qadınlardır. Yəni bu yaşda olan hər iki qadına bir kişi düşür.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə