Bavariyada iki rumın köhnə Belarus rublunu satmağa cəhd edib

Bavariyada Rumıniya vətəndaşları orijinal aldatmağa cəhd edərkən tutuldular. Belə ki, onlar sürücülərə köhnə Belarus rubllarını dəyişməyi təklif ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Belarus və dünya” nəşri yazır.

Deyilənlərə görə rumın kişilər əvvəlcə pul dilənirmişlər. Və sonra şanslarını sınamağa qərar veriblər və haradansa əldə etdikləri köhnə Belarus rubllarını satmağa cəhd ediblər.

Görünür, söhbət 2016-cı ilə qədər Belarusda dövriyyədə olan rubldan gedir. Həmin şəxslər saxlanılıb. Onların Almaniyada daimi yaşayış yeri olmadığı üçün prokurorlar üç rəqəmli girov istəyiblər. Bütün rəsmiləşdirmələr və ödənişlərdən sonra fırıldaqçılar sərbəst buraxılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə