Madonnanın dəbdəbəli köhnə avtomobili hərraca çıxarılıb

…Böyük Britaniyada 1967-ci il istehsalı olan Jaguar Mark X H&H Classics hərraca çıxarılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, klassik idarəedici sedan Madonnaya məxsus olub.

Qeyd edək ki, avtomobil hərracın saytında təsvir edilib. Madonna bir neçə il əvvəl Jaguar Mark X almaq qərarına gəlib. Pop diva hətta bir dəfə avtomobil salonunda fotosessiya da təşkil edib. Daha sonra müğənni avtomobili Londonda gündəlik avtomobil kimi istifadə edən oğlu Rokko Riçiyə hədiyyə edib.

Ulduz üçün Jaguar Mark X bərpa edilib - kuzov yenidən rənglənib və dəri salonu da yenilənib.

Mərkəzi paneldə kiçik displeyli multimedia sistemi də quraşdırıblar.

Onu da qeyd edək ki, Jaguar Mark X 1961-1970-ci illərdə istehsal edilib: o, brend xəttinin flaqmanı və XJ modelinin sələfi idi.

5,1 metrlik böyük sedan məşhur Jaguar E-Type idman avtomobilindən altı silindrli mühərriklərlə təchiz edilib. Madonnanın avtomobili 265 at gücünə malik 4,2 litrlik mühərrikə malikdir və 3 pilləli avtomatik transmissiya ilə birləşdirilir.

Maksimal sürət 196 km/saatdır. Sedan müstəqil asma və bütün təkərlərdə disk əyləcləri alıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə