Minskdə hərracda tualet satılır...

…Minskdə Oktyabr İnqilabının 40 illiyi parkında ictimai tualet hərraca çıxarılıb. Deyilənlərə görə, bu, istifadə olunmayan tualetdən xilas olmaq üçün ilk cəhd deyil.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, yeni hərrac sentyabrın 30-dək keçiriləcək.

Başlanğıc məbləği – 130,8 min br.-dır.

Maraqlıdır ki, 2009-cu ildə onlar bu tualeti balıq restoranına çevirməyi planlaşdırıblar.

Qeyd edilməlidir ki, belə icazə səlahiyyətlilər tərəfindən verilmişdi, lakin “ictimai tualetin bir hissəsi kimi qorunma” şərti ilə...

Amma sonradan bu tikilinin iaşə obyekti kimi yaramadığı meydana çıxıb.

Və 1986-cı ildə tikilmiş bu bina yenidən satışa çıxarılıb, özü də bu dəfə...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə