Qadına gündə 100 dəfə zəng edən kişi həbs edilib...

O, pis bir şey nəzərdə tutmadığını, sadəcə həyat yoldaşına olan sevgisini ifadə etdiyini deyib

…Bu il iyulun əvvəlindən başlayaraq 31 yaşlı yapon qadına müəmmalı zənglər gəlməyə başlayıb. Amma zəng edən heç nə demirmiş və qadın onun ancaq ağır-ağır nəfəs aldığına diqqət çəkirmiş.

SİA-nın əldə etdiyi məlumata görə, nömrə göstərilmədiyi üçün qadın zəng edəni bloklaya bilmirmiş.

Yaponiyanın Amaqasaki şəhər sakini araşdırma zamanı gözlənilməz nəticəyə gələn polisə müraciət etmək məcburiyyətində qalıb.

Beləliklə, ailə dramı “Sora News” tərəfindən paylaşılıb.

...Kömək istəməzdən əvvəl qadın bir müddət buna dözüb, ancaq qaynama nöqtəsi gündə zənglərin sayı yüzü ötəndən sonra gəlib.

Maraqlıdır ki, telefonun gecələr səssiz olması qadına qəribə gəlirmiş. Amma sonradan bunun üçün izahat tapılıb, çünki həmən vaxtlar əri onun yanında olurmuş.

O da maraqlıdır ki, polis araşdırmasından sonra, qadına zəng edənin onun öz əri olduğu meydana çıxıb.

Kişi isə bunu elə də pis bir şey olmadığını, sadəcə olaraq arvadına olan sevgisini susmaqla ifadə etdiyini bildirib.

Hazırda isə zəng edən ər təqib ittihamı ilə həbs edilib.

...Yeri gəlmişkən, əyalət polisi bildirib ki, ilk dəfədir ki, onlar birlikdə yaşadıqları müddətdə arvadını təqib edən kişini həbs edirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə