Marketdən aldığı balığı yeyəndən sonra zəhərlənərək ölüb...

Kerç sakini mağazadan aldığı balığı yeyəndən sonra zəhərlənərək ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mərhumun həyat yoldaşının qohumu Anna Xodyuş danışıb.

Onun sözlərinə görə, 40 yaşlı kişi yerli supermarketdən vakuumla dolu balıq yedikdən dərhal sonra xəstələnib.

O, xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Mərhumun həyat yoldaşı da özünü pis hiss edib. Həkimlər ona vaxtında lazımi köməklik göstərə biliblər.

...Mərhumun iki övladı qalıb. Yaxınları kişinin ölümündə günahkar olanları müəyyən edib cəzalandırmaq niyyətindədir. Xodyuş ölümün dəqiq səbəbləri ilə bağlı heç bir məlumat verməyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə