Norveç sahillərində rus casus balina ölü tapılıb

…Rus balina casusu Xvaldimir Norveç sahillərində ölüb. Xatırladaq ki, balina ilk dəfə 2019-cu ildə aşkar edilsə də, lakin heyvan sonradan vəhşi təbiətə qaçmışdı.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Norveçin NRK telekanalı məlumat yayıb.

Heyvan GoPro aksiya kamerası və Sankt-Peterburq şirkətinin loqosu ilə təchiz olunduğundan Rusiya xüsusi xidmət orqanlarının balinanı casusluğa öyrətdiyinə dair şübhələr var idi.

Maraqlıdır ki, bir gün əvvəl, ekspertlərin qeyd etdiyi kimi, Xvaldimir sağ olaraq görünüb. Avqustun 31-də saat 12-də xilasedici Daq Anfindsen balinanı uzaqdan müşahidə edib. Xvaldimir özünü əla hiss edib, suya dalıb və sonradan sudan çıxıb.

Lakin saat 14:30 radələrində Stavanger limanından Risavik limanında su üzərində balinanın yatması xəbəri yayılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə