Qumuq dili qumuqların danışdığı türk ləhcəsidir. Qumuqlar əsasən Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yaşayırlar. Sözügedən region Rusiya Federasiyasının ən cənub hissəsində yerləşir və Azərbaycanla həmsərhəddir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Dağıstan “dağ” sözü ilə “istan” şəkilçisinin birləşməsindən yaranıb və “Dağlar ölkəsi” mənasına gəlir. Paytaxtı Mahaçqala şəhəridir.
Qumuqlar Dağıstandan başqa Çeçenistan və Osetiya Respublikalarında yaşayırlar. 2018-ci ilin qeydlərinə görə Dağıstanda 300 mindən çox, qonşu bölgələrdə isə təxminən 200 mindən çox qumuq türkləri yaşayır. Qumuqlar Qafqazda Azərbaycan türklərindən sonra ən çox yaşayan türk toplumudur.
Bu gün Türkiyənin Çanaqqala vilayətinin Biga rayonunda qumuq türklərinin yaşadığı kəndlər var. Türkiyədə yaşayan qumuqlar bu torpaqlara Qafqazda rus işğalına qarşı müqavimət simvoluna çevrilən Şeyx Şamilin 1859-cu ildə çar Rusiyası əsgərləri tərəfindən əsir alınmasından sonra köç etmək məcburiyyətində qalıblar.
Tarix boyu müxtəlif tayfaların köç yolları üzərində olan Dağıstan bu gün 30 fərqli etnik qrupa ev sahibliyi edir. Qumuqlar avarlar, dargilər və ləzgilərdən sonra bölgәnin dördüncü ən böyük etnik qrupunu təşkil edir. Qumuqların Dağıstanda məskunlaşması bir neçə fərqli köç dalğası ilə baş verib.
Qumuq adının mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bununla belə, qumuq adının çəkildiyi ən qədim tarixi mənbə Kaşğarlı Mahmudun “Divanu Lüğat-it-Türk'' əsəridir. Müəllif məşhur əsərində bu mövzuda üç fərqli izahat verir. Onlardan biri qumuqların türk tayfası olduğunu göstərir. Daha aydın desək, müəllifin bu əsərindəki “Birini qumuq tayfasına bənzədirsən, yenə də belə adlanır” ifadəsindən qumuqların bir tayfa hesab edildiyini anlamaq olar.
Bundan əlavə, qumuqlarla bağlı ən mühüm araşdırmalardan biri də Əhməd Zəki Vəlidi Toğan tərəfindən aparılıb. Əhməd Zəki Vəlidi Toğanın verdiyi məlumata görə, qumuqlar Oğuz dastanında Dərbəndin müdafiəsi ilə məşğul olan qıpçaq türklərinin tayfası kimi təsvir edilir. Dərbənd şəhəri bu gün Dağıstan ərazisində yerləşir və Şimaldan Cənuba keçən yeganə yol olduğu üçün tarixi əhəmiyyətə malikdir.
Türk dilinin qıpçaq qrupuna aid olan qumuq dili tatar, qazax, qırğız, başqırd, qaraqalpaq, noqay, qaraçay - balkar, krım tatar və qaray türkləri ilə birlikdə tarixi qıpçaq türkcəsinin çağdaş nümayəndələrindən biridir. Müasir türk dil sahəsinin coğrafi və linqvistik prinsiplərinə görə Şimal-Qərb və ya Qıpçaq qrupunda olsa da, oğuz qrupunun təsirlərinə də məruz qaldığı müşahidə olunur.
Zəngin xalq ədəbiyyatına malik olan qumuq dili Kazan və Krım dilinin təsirinə məruz qalıb. İslamı qəbul edən qumuqlar 1928-ci ilə qədər ərəb əlifbasından istifadə ediblər. 1928-ci ildən 1938-ci ilədәk latın əlifbasından istifadə edən qumuqlar 1938-ci ildə sovet rəhbərliyinin qəbul etdiyi qərar nəticəsində kiril əlifbasına keçməli olublar.
Qumuq dili tarixdə bütün Dağıstan boyları arasında ortaq ünsiyyət dili kimi istifadə edilib. Dağıstan tayfalarına nisbətən daha çox ziyalı və dövlət xadimi yetişdirən qumuqlar Dağıstanda dominant rol oynayırdılar.1918-ci ildə qurulan Birləşmiş Qafqaz Cümhuriyyətinin rəsmi dili qumuq dili kimi qəbul edildi.
Günümüzdə qumuq türkcəsi üç dialektə bölünür: Hasav – Yurt, Buynak və Haydak. Qumuqların dil və mədəni sərhədləri çox genişdir və Dağıstanda danışılan 14 müxtəlif rəsmi dildən biridir. Funksionallığı baxımından rus dilindən təsirlənsə də, qumuq türkləri tərəfindən həm təhsildə, həm mətbuatda, həm də gündəlik həyatda geniş istifadə olunur. Proqramımızın bu günkü hissəsində qumuqlar, qumuq türklərinin yaşadığı yer və qumuq dili haqqında danışdıq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Heydər Əliyev yolu Azərbaycanı zirvəyə yüksəldib
Siyasət 20:44Binəqədidə yarımtikilidə yanğın olub
Hadisə 20:14Yenə də yan keçdi.?!
Dünya 19:49“Azneft” təhlükəsizlik tədbirlərini gücləndirib
Sosial 18:54Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü
İqtisadiyyat 18:51Xalq-iqtidar birliyi sarsılmaz təməllərə söykənir
Siyasət 18:47Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir
Siyasət 18:30Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...
İqtisadiyyat 18:28Müasir tariximiz möhtəşəm uğurlarla zəngindir
Siyasət 17:52Aktiv ƏDV ödəyicilərinin sayı 6 faizdən çox artıb
İqtisadiyyat 17:43Sürət və zəriflik...
Siyasət 17:03Yeni sülh təklifləri... - BAXIŞ BUCAĞI
Siyasət 16:51İç savaş, yoxsa?.. - RAKURS
Dünya 16:26Qazaxıstan yeni yataqların axtarışına başlayır
Dünya 14:38İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
Dünya 14:35Kreml: Putin sülhə doğru kiçik addım atdı
Dünya 14:33Ermənistan AB-yə üzvlük üçün müraciəti sürətləndirir
Siyasət 14:27Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 13:13Avropada 650.000 hektara yaxın meşə sahəsi yanıb
Dünya 12:1790 şübhəli saxlanılıb - DİN
Sosial 11:41Qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb
Dünya 11:33Kənd təsərrüfatında güzəşt mexanizmlərinə dəyişiklik edildi
İqtisadiyyat 11:32Tərtərdə 54 yaşlı kişi güllələnib
Hadisə 11:31Faktiki hava şəraiti açıqlandı
Sosial 10:31Şəkidə avtomobil piyadanı vurub öldürüb
Hadisə 06:05Bu futbolçu Messinin rekordunu yenilədi
İdman 04:06Kabarda-Balkarda 10 alpinist itkin düşüb
Dünya 03:05Türkiyədə mikroavtobus su kanalına aşıb
Dünya 02:21"Arsenal"dan "Çelsi" üzərində QƏLƏBƏ
İdman 01:20Kəmaləddin Heydərova yeni müşavir təyin olunub
Sosial 00:23Xankəndidə 4 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb
Hadisə 00:03Biləcəriyə gedən yol sabahdan...
Sosial 6 Sentyabr 23:35Şahin Mustafayev iranlı nazirlə göürüşüb
Sosial 6 Sentyabr 23:19Sahibə Qafarova ABŞ-da işgüzar səfərdədir
Siyasət 6 Sentyabr 23:03Zelenskinin Uitkoff və Kuşnerlə görüşü 4 saat çəkib...
Dünya 6 Sentyabr 22:31Sabaha Bakıda leysan, rayonlarda şimşək və dolu gözlənilir...
Sosial 6 Sentyabr 22:18"Turan Tovuz"dan qələbə
İdman 6 Sentyabr 22:02Bu klassik Mercedes əsl superkar kimidir…
Texnologiya 6 Sentyabr 21:51Yumurta ilə bağlı vacib bir qayda mif oldu...
Sosial 6 Sentyabr 21:28Müharibənin gündəlik həyatı haqqında kolleksiya təqdim edildi...
Dəb 6 Sentyabr 21:06Azərbaycan-Türkiyə münasibətləri yüksək texnologiyalar sahəsində də sürətlə inkişaf edir
Siyasət 6 Sentyabr 20:56Sem Altman: “Hər bir insanın öz humanoid robotu olmalıdır...”
Texnologiya 6 Sentyabr 20:51NATO Rusiyanın nüvə sualtı qayıqlarına hücum etməyi öyrənir...
Dünya 6 Sentyabr 20:27"Barselona" La Liqada "Valensiya"nı darmadağın etdi...
İdman 6 Sentyabr 20:19Özəl xəbərlər
Digər xəbərlərQazaxıstan yeni yataqların axtarışına başlayır
Dünya 14:38İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
Dünya 14:35Kreml: Putin sülhə doğru kiçik addım atdı
Dünya 14:33
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9739
-0,13%
-
GBP
2,2970
-0,15%
-
RUB
1,9728
+0,76%



