...İnsanların yalnız 10-15 faizi solaxay doğulur. Görünür, elə buna görədir ki, onların xüsusi, daha yaradıcı və hətta parlaq şəxsiyyətlər olduğuna dair inam geniş yayılıb.
Bu, həqiqətən də belədir..?
SİA-nın əldə etdiyi məlumata görə, nevroloq Yekaterina Demyanovskaya bununla bağlı Gazeta.ru-ya danışıb.
…Həqiqətən də, beynin yarımkürələri arasında asimmetriya var. Yəni sol və sağ yarımkürələrdə müxtəlif funksiyalara cavabdeh olan müxtəlif mərkəzlər var. Beynin sağ yarımkürəsi bədənin sol tərəfini idarə edir və guya o, yaradıcılıq, intuisiya və innovativ düşüncə üçün cavabdehdir. Amma hələ də solaxaylıq və yaradıcılıq qabiliyyətini birbaşa əlaqələndirməyin mənası yoxdur.
Bunu mütəxəssis qeyd edib.
Demyanovskayanın sözlərinə görə, çoxsaylı tədqiqatlar sübut edib ki, yaradıcılıq prosesində məntiqi təfəkkür prosesində olduğu kimi, beynin müxtəlif hissələri iştirak edir. Buna görə də, hər yarımkürənin müəyyən bir sıra vəzifələrə cavabdeh olduğunu söyləmək səhvdir.
Ümumiyyətlə, nevroloq qeyd etdi ki, solaxaylıq normanın bir variantıdır, istisna deyil və bu xüsusiyyət özlüyündə bir insanın həyatına çox təsir etmir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB