Turistlər kosmosa stratosfer şarında göndəriləcək

...İspaniyanın Halo Space şirkəti sentyabr ayında turistlər üçün stratosfer hava şarının sınaq uçuşunu həyata keçirəcək. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ixbt.com portalı xəbər verir.

Bu sınaq buraxılışı altıncı olacaq və Səudiyyə Ərəbistanında baş tutacaq. Xüsusi Aurora kapsulunun real ölçüdə prototipi Yerdən 30 kilometr hündürlükdə qalxacaq.

Bu, yaradıcıların ümid etdiyi kimi, kosmik turistlər üçün populyar nəqliyyat növünə çevriləcək qurğunun bütün əsas sistemlərinin işini sınaqdan keçirəcək.

Planlar altı saatlıq uçuşlar təşkil etməkdir, bu uçuşlar zamanı stratosfer şarının sərnişinləri 35 km hündürlüyə qalxacaq və “Yerin unikal mənzərəsindən” həzz ala biləcəklər.

Qeyd edilir ki, Halo Space 2025-ci ildə insanlı uçuşlara, bir il sonra isə kommersiya uçuşlarına başlamaq istəyir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə