Xalqımızın uzun illərdən gələn çay dəsgahı kimi bir ənənəsi var. Bir fincan çay ən xoş təmas və münasibətdi.
Çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini bilirsizmi?
Bu inkişaf çayın bioloji komponentlərinin deyil, məhz çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq edir. SİA Pekin Universitetinin tədqiqatçılarının araşdırmalarına istinadən xəbər verir ki, alimlər bir fincan çay içməyin yaradıcılıq potensialını artıra biləcəyi qənaətinə gəliblər.
Təcrübə çərçivəsində 100 iştirakçıya çay və ya su verilib. Sonra yaradıcı, xüsusən də konvergent düşüncənin səviyyəsi üçün testlər vermələrini xahiş ediblər. İnsanlardan sözlər arasında məna əlaqələri tapmaları və bir neçə tapmacanı həll etmələri istənilib. Əldə edilən nəticələr zəkanı və dil qabiliyyətini istisna etməklə, çay içənlərin bu vəzifələri daha yaxşı yerinə yetirdiklərini təsdiq ediblər.
Çay içənlər söz axtarma oyununda orta hesabla 13,89, tapmacaların həllində 10,94, su içənlər isə uyğun olaraq 12,94 və 9,0 bal toplayıblar. Əldə olunan nəticələr alimləri çayın insanın yaradıcı düşüncəsinə faydalı təsir göstərdiyi qənaətinə gəlməyə vadar edib. Buna baxmayaraq, mütəxəssislər bu təsirin səbəbini hələ müəyyən etməyiblər. Qeyd edək ki, çayın tərkibində kofein və L-teanin var ki, bunların hər ikisi diqqəti artıra bilər. Lakin tədqiqat iştirakçıları yalnız az miqdarda çay, orta hesabla 90 ml, içdikdən dərhal sonra testləri həll ediblər, əks halda çayın təsiri cüzi olardı. Tədqiqatçıların fikrincə, bu nəticə çayın bioloji komponentlərinin deyil, çay içmə prosesinin özünün mühüm rol oynadığını göstərir. Bir qrup alim təxmin edib ki, hər bir insanın çay içmə prosesini zəka, yaradıcılıq, zövq, inam və sabitlik kimi müəyyən şəxsi keyfiyyətləri ilə əlaqələndirmək olar. Tədqiqtçılar inanırlar ki, çay içənlər şüuraltı daha ağıllı və daha yaradıcı olmaq lazım gəldiyini düşünüblər.
Qeyd edək ki, 2017-ci ildə çinli alimlər çayın fərqli düşünmə kimi tanınan başqa bir yaradıcılıq növünü kəşf edib.
Çay meyvə və tərəvəz kimi sərbəst radikalların səbəb olduğu hüceyrə zədələnməsi ilə mübarizə aparan antioksidanlar olan polifenol və flavonoidlərin təbii mənbəyidir. Maraqlıdır ki, daha əvvəl aparılan bir araşdırma çay içənlərin şəkərin polifenollarla tənzimlənməsi ilə əlaqəli olduğu düşünülən diabet xəstəliyinə tutulma ehtimalının daha az olduğunu ortaya çıxarıb. Hesab olunur ki, çay ürək xəstəliyi riskini azaltmağa kömək edir.
Müəllif: Gülnara Nəriman
Bütün xəbərlər Facebook səhifəmizdə