İnsanlar, xüsusilə də qadınlar gözəllik və sağlamlıq uğrunda çox qurban verir. Lakin bəzən əməl etmədiyimiz çox xırdalıq dərimizin qocalmasına, tez qırışmasına, ləkələnməsinə, orqanizmimizin gücdən düşməsinə səbəb olur. SİA faktları araşdıraraq onları sizə təqdim edir:
1. Günəş vannası və solyari – Günəş işığında və solyaridə ültrabənövşəyi şüalar dəri hüceyrələrə mənfi təsir edir. Dəri üzərində qalıcı yaralar əmələ gətirərək qırışların yaranmasına, bəzən isə bəd və xoş xassəli xərçəngin yaranmasına gətirib çıxarır.
2. Ətirli və kosmetikalı dərinin günəşlə təmasda olması – Bəzi kosmetikaların tərkibində kimyəvi maddələr və parfumlər dəri üzərində ciddi allergik reaksiyalara gətirib çıxarır. Bu reaksiyaların başlaması üçün günəş işığına məruz qalması bəs edir.
3. Quru və küləkli hava –Quru və və küləkli hava dəridə bəzi eqzema növlərinin yaranmasını asanlaşdırır. Belə insanlar hər gün mütləq nəmləndirici krem çəkməlidirlər.
4. Kirşan, tonal krem və ənlik – Onlardan çox istifadə və gecə təmizlənməməsi məsamələri doldurur. Bu isə dəridə sızanaqların yaranmasına gətirib çıxarır.
5. Ağır kosmetik vasitələr – Yağlı tərkibə malik olan kosmetikalar eyni zamanda sızanaq yaranmasına da səbəb olur.
6. Kirli, isti və soyuq su – Dərinin üst təbəqəsi vücudumuzun yağ itkisinə səbəb olur. Bu da dəridə bəzi xəstəliklərə səbəb olur. Bunun qarşısını almaq üçün çox isti və soyuq sudan uzaq durun.
7. Siqaret və alkoqol – Siqaretdə olan nikotik üzündən dərinin qidalanması zəifləyir. Həm də qan dövranındakı oksigen azalır və dəri hüceyrələri yetərli qədər bəslənmədiyi üçün metabolizması yaxşı inkişaf etmir. Siqaret çəkənlərin dərisi daha tez qocalır.
8. Qeyri-sağlam qidalanma – Qeyri-sağlam qidalanma nəticəsində dəri qocalması, dırnaqların qırılması, saç tökülməsi baş verir.
9. Yuxusuzluq – Sağlam və nizamlı yuxu dərini daha qüsursuz saxlayır və parlaq edir. Yuxu zamanı dəri bütün mənfi təsirlərdən uzaq olur və dincəlir. Dərinin korlanmaması üçün gündə ən azı 7 saat yatmaq lazımdır.
10. Stress – Bəzi dəri xəstəlikləri isə ciddi şəkildə ruhi və psixoloji sarsıntı nəticəsində meydana gəlir. Həmçinin stress dərinin oksigen almasını azaldır və dəri metabolizmasına təsir edir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB