400 min lirə xərcləyib, onu 2 milyonluq maşına çevirib

Türkiyənin Burdur əyalətindən olan təqaüdçü Sebahattin Şimşək 6 il əvvəl aldığı 34 yaşlı avtomobilini 2 il əvvəl müxtəlif vilayətlərdən və Belçikadan gətirdiyi orijinal hissələrdən istifadə edərək 6 ay müddətində 1964-cü ilin modeli olan “Ford Mustang”a çevirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 200 min lirə dəyərində olan avtomobilini cari bazar dəyəri 2 milyon dəyərində maşına çevirən Şimşək bu dəyişiklik üçün təxminən 400 min lirə xərclədiyini söyləyib. O, deyib: köhnə avtomobillərə həvəsim var idi, xüsusən də “Ford Mustang” qrupu arzuladığım avtomobil idi. 1990-cı il modeli olan “Ford Taunus”u İzmit, Adana, İstanbul və Belçikadan aldığım hissələrlə “Ford Mustanğ”a çevirdik.

Bütün xəbərlər Facebook səhifəmizdə