Usta təmirə götürdüyü avtomobili sökərək hissə-hissə satıb...

...Deməli, bu il mayın əvvəlində 42 yaşlı Belarusun Mogilev şəhər sakini avtomobilini təmir etdirmək üçün emalatxanaya verib və sonra şəxsi işi əlaqədar bir ay şəhəri tərk etməli olub. ...Və təmirçi usta avtomobil sahibinin gəlmədiyini görüb yenicə təmir etdiyi avtomobili hissə - hissə sökərək “zapçast” kimi satmaq qərarına gəlib.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, təmirçi usta avtomobildən qalan istifadəsiz hissələri də metal qırıntıları toplama məntəqəsinə satıb.

Bu isə Mogilev Vilayət İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsindən bildirilib.

Qeyd edilməlidir ki, avtomobil təmirçisi satışdan əldə etdiyi pulları ata malı kimi xərcləyib.

...Və avtomobili üçün geri qayıdan sahibi polisə müraciət edib.

...Ustaya qarşı oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə