Yazıçı Edvard Radzinski aldadılaraq 45 milyonu əlindən alınıb…

...Fırıldaqçılar yazıçı Edvard Radzinskini aldadıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onlar ondan 45 milyon rubl oğurlaya biliblər.

Fırıldaqçılar “Safronov sxemi” ilə Radzinskini 45 milyon aldadıblar. Onlar dramaturqu iyulun 9-da yaradıcılıq gecəsindən sonra çağırıblar.

Naməlum şəxslər özlərini Vikipediya işçisi kimi təqdim edərək onun səhifəsini yeniləmək istədiklərini bildiriblər. Radzinski buna vaxtının olmadığını deyib və telefonu qapatıb.

Bundan sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğu iddia edilən şəxs ona zəng edib: o, psixoloji təzyiq üsullarından istifadə edib, sonra isə fırıldaqçıların yazıçının mənzil üçün yığdığı pulu oğurlayıblar.

Maraqlıdır ki, Radzinski qorxsa da naməlumlara güvənib. Bir neçə gündən sonra o, bankdan 45 milyon rubl götürərək “etibarlı Federal Təhlükəsizlik Xidməti əməkdaşına” verib.

Polis artıq 19 yaşlı tələbə olduğu üzə çıxan kuryeri saxlayıb. …Qeyd edək ki, onlar iyunun 24-də rəssam Nikas Safronovu da analoji üsulla aldatmaq qərarına gəliblər. Fırıldaqçılar özlərini Vikipediya işçisi kimi təqdim edərək, sonda onun hesablarını sındırıblar. Onlar Safronovun adından başqa məşhurlardan pul dilənməyə başladılar, lakin müğənni Oleq Qazmanov bu barədə sənətçini xəbərdar edə bilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə