Avtomobilə çırpılan qara pantera sağ qalıb...

...Çin sakini təsadüfən avtomobili ilə qara panteraya çırpılıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Jam Press məlumat yayıb.

Deməli, şəxsi avtomobilində dağ yolu gedən çinliyə yırtıcı pişik hücum edib. Təbii ki, avtomobilə çırpılan qara panteraya sağ qalsa da qaçmağa halı olmayıb.

Sürücünün paylaşdığı videoya əsasən, o, heyvanı heyrətə salıb. Vəhşi pişiyin üzündə təzə yaralar görünür. Daha sonra həmin şəxs avtomobilin zədələnməsinin görüntülərini də paylaşıb.

…Qara panterlər fərqli bir növ deyil. Bunlar gen mutasiyasının səbəb olduğu melanizmin təzahürü olan xüsusi tünd rəngli yaquar və ya bəbir fərdləridir. Bu xüsusiyyət Malayziyadakı yırtıcı pişiklər arasında yaygındır.

Bundan əvvəl Böyük Britaniyada qu quşunun yaş yolu çayla qarışdırdığı və qəza törətdiyi bildirilirdi. İnsanlar yüngül xəsarətlər alıb və hadisə yerinə heyvan hüquqları müdafiəçisi gələn kimi quş uçub getmişdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə