...Bahalı idarəedici modelləri ilə tanınan Çin avtomobil istehsalçısı FAW Hongqi ilk sürücüsüz mikroavtobusunu nümayiş etdirib. O, artıq testlərdən keçir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə CarNewsChina saytı- “Focus” yazıb.
Hongqi sürücüsüz avtobus kifayət qədər yığcamdır, dairəvi siluetə və böyük şüşə sahəsinə malikdir.
Ön hissə Hongqi avtomobillərinin ənənəvi üslubunda işlənib və imza radiator barmaqlığını təqlid edir.
Salona giriş sürüşən qapılarla asanlaşdırılır. İçəridə ayaq üstə duran sərnişinlər üçün divan və tutacaqlar var. Avtobus displeylər və qırmızı təcili dayandırma düyməsi ilə təchiz edilib.
FAW Hongqi 4-cü səviyyəli avtopilota malikdir, yəni o, sürücünün müdaxiləsi olmadan marşrutu idarə edə bilir.
Bundan əlavə sürücüsüz mikroavtobus çoxsaylı kameralar, sensorlar və lidar (lazer məsafəölçən) ilə təchiz olunub. Hongqi sürücüsüz avtobusları Pekində xüsusi zonada sınaqdan keçirilir.
Onlar həmçinin avtonom taksini sınaqdan keçirirlər. Prototiplər artıq avtopilotda sınaqlarda ümumilikdə 100.000 km-dən çox məsafə qət ediblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə