Yayın istisi normal işləməyinizə mane olarsa nə etməli..?

...Yay istiləri, xüsusən də uzun sürən istilər hamını yorur. Təbii ki, ofis işçiləri də istisna deyil.

SİA-nın əldə etdiyi məlumata görə, tibbi profilaktika üzrə mütəxəssis istilərdən qorunmaq üçün bir neçə faydalı məsləhətlər verir.

Mütəxəssis qeyd edib ki, ilk növbədə iş yerində rahat şərait yaratmağa, məsələn, sərinkeş quraşdırmaq və otağı tez-tez havalandırmaq lazımdır.

Bundan əlavə, öhdəliklərinizi kiçik məqsədlərə bölməyə çalışmaq vacibdir, buna nail olmaq sizi iş gününün sonuna yaxınlaşdırır. Bu, həm də motivasiya səviyyəsinə töhfə verir, həm də çətin şəraitdə belə dayanmağa kömək edir.

Beynin sağlam koqnitiv funksiyalarını qorumaq üçün mütəxəssis daha çox su içməyi, vitamin və minerallarla zəngin yüngül qidalar qəbul etməyi məsləhət görür. Nəfəs alma məşqləri və ya iş yerinizdə yerinə yetirilən yüngül isinmə də öhdəsindən gəlməyə kömək edəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə