...Yeddi ildən artıq köhnə avtomobillərin idxalı qadağan edilə bilər?

Qazaxıstandan olan bir məmura görə…

...Qazaxıstan Sənaye və Tikinti Nazirliyinin İnteqrasiya və Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Adilbek Bektibaev “Təkərli nəqliyyat vasitələrinin təhlükəsizliyi haqqında” texniki reqlamentə mümkün dəyişikliklər barədə danışıb.

Qazaxıstanda təkrar emal rüsumunun ləğvi ilə bağlı petisiyanın ictimai müzakirələri çərçivəsində işçi qrupu yeddi yaşından yuxarı nəqliyyat vasitələrinin idxalını məhdudlaşdırmaq üçün təkliflər hazırlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Qazaxıstan bu məsələni Avrasiya İqtisadi Komissiyasının Şurasına təqdim etmək niyyətindədir.

Üstəlik, söhbət təkcə Qazaxıstandan deyil, həm də Aİİ-nin bütün ərazisindən (Rusiya, Belarusiya, Ermənistan və Qırğızıstandan) gedir.

Qeyd edək ki, bu barədə “Kolesa.kz” xəbər verir.

...Belə bir qadağanın nə dərəcədə real olduğu açıq sualdır. Onun tətbiqi İttifaqın bütün beş üzv ölkəsinin dəstəyini tələb edir.

“Tengri Auto”nun fikrincə, Bektibayevin özü bu mexanizmin Ermənistan və Qırğızıstanın xoşuna gələcəyinə şübhə edir.

Bundan əlavə, ayrı-ayrılıqda daha bir neçə məhdudiyyətin işlənməsi təklif edilir. Belə ki, fiziki şəxsə şəxsi istifadəsi üçün ildə birdən artıq avtomobil idxalının qadağan edilməsinin mümkünlüyü də müzakirə edilir. Eyni zamanda, başqa məqsədlər üçün nəqliyyatın xüsusi mülkiyyətçilərə idxalı prinsipcə bağlana bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə