7 milyon kilometr qət edən Mercedes-Benz W123...

İspaniyada rekord yürüş ilə 1986-cı il istehsalı olan Mercedes-Benz W123 istifadə olunur. Avtomobil artıq 7 milyon kilometr qət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Motor1” saytı yazıb.

Uzatılmış (6,1 m) yeddi nəfərlik Lang versiyasında olan bu Mercedes 240D W123 Gran Canaria adasındakı taksi xidmətlərindən birində işləyir.

Onun sahibi Dominqo 1988-ci ildə istifadə edilən avtomobili alıb.

Kanar adaları turizm bölgəsi olduğundan Dominqonun çoxlu müştərisi var deyə, orta hesabla gündə 700 km qət edir.

Bu rejimdə Mercedes 240D-də yağ ildə 52 dəfə, yəni həftədə bir dəfə (hər 5000 km-də) dəyişdirilir.

Dominqo avtomobilinin qayğısına qalır və ona müntəzəm qulluq edir, baxmayaraq ki, 2,4 litrlik 72 at güclü dizel mühərriki artıq bir dəfə dəyişdirilməli idi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə