Sankt-Peterburqda ailələrin paradı keçiriləcək

...Şimal paytaxtında Ümumrusiya Ailə Paradı keçiriləcək. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Sankt-Peterburqun Krasnoqvardeyski rayonunun mətbuat xidməti xəbər verir ki, tədbir Ailə, Sevgi və Sədaqət Gününə həsr olunacaq.

Parad Malinovka parkında baş tutacaq.

İştirakçılar və qonaqlar Krasnoqvardeyski Mədəniyyət Mərkəzinin artistlərinin bayram konsertindən və idman oyunlarından həzz alacaqlar.

Əsas tədbir onlarla ailənin yürüşü olacaq.

Qeyd edək ki, bu il parad Rusiyanın 100-dən çox şəhərini birləşdirəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə