"Türk dilinin sehirli dünyası" adlı proqramın ilk hissəsində VII – VIII əsrlərə aid sənədlərdə belə inkişaf etmiş bir dil olduğu sübuta yetirilən və bu gün 200 milyondan çox insanın danışdığı türk dilinin bugünkü vəziyyəti haqqında məlumat verməyə çalışacağıq. Proqramımızın birinci hissəsində türk dilinin qısa tarixinə, coğrafi və dilçilik prinsiplərinə görə təsnifatına nəzər salacağıq və bu gün danışıldığı coğrafiyalara diqqət çəkəcəyik. Proqramımızın növbəti hissələrində isə günümüzdə danışılan türk ləhcələrinin xüsusiyyətlərindən bəhs edəcəyik.
Dil insanlar arasındakı ünsiyyəti təmin edən ən əsas və təbii vasitədir. Eyni zamanda, öz qanunları çərçivəsində yaşayan və inkişaf edən canlı varlıqdır. Bu baxımdan bir millətin kimliyini müəyyən edən ən mühüm ünsürlərdən biri hesab olunur.
Bu gün dünyada 7000-ə yaxın dilin olduğu qəbul edilir. Onların arasında əsrlərə gedib çıxan və incəsənət, ədəbiyyat, tarix, fəlsəfə və texnologiya kimi müxtəlif sahələrə öz damğasını vurmuş, insanların inkişafına, xalqların varlığına töhfə vermiş dillər var.
Bu gün Balkanlardan Sakit okeana, Şimal Buzlu Okeanından Tibetə qədər çox geniş bir ərazidə danışılan türk dili onlardan biridir.
Türk dili Göktürk - Uyğur - Qaraxanlı dövlətləri daxilində yeganə yazı dili olaraq mövcudluğunu davam etdirib. Sonrakı dövrlərdə bütün dillər kimi türk dili də şivələrə ayrılıb və xarici dillərin təsirindən irəli gələn dəyişikliklərə məruz qalıb. Buna baxmayaraq XX əsrə qədər türk dilində dialekt fərqlərinin dərəcəsi çox da böyük olmayıb. Lakin bu gün bu vəziyyət xeyli dəyişib. Bu gün 200 milyondan çox insanın danışdığı müasir türk dili coğrafi və dilçilik prinsiplərinə görə türkoloqlar və dilçilər tərəfindən 6 qrupa bölünüb
Sözügedәn qruplar belәdir:
• Cənub-Şərqi və ya Qarluq qrupu
• Şimal-şərq və ya Sibir qolu
• Cənub-qərb və ya Oğuz qrupu
• Şimal-qərb və ya Qıpçaq qrupu
• Çuvaşların təmsil etdiyi Oğur qolu
• Xələclərin təmsil etdiyi Arqu qoludur
Cənub-şərqi və ya Qarluq qrupu bu gün əsasən Özbəkistan və Şərqi Türküstanda, Şimal-şərq və ya Sibir qolu Sibir bölgəsində, Cənub-qərb və ya oğuz qrupu Türkiyə, Qaqauziya, Azərbaycan, İran, İraq, Əfqanıstan və Türkmənistanda, Şimal-qərb və ya Qıpçaq qrupu Qafqazda, Krımda, Tatarıstanda, Başqırdıstanda, Qazaxıstanda, Qırğızıstanda, Qaraqalpaqıstanda və Altayda,Çuvaşların təmsil etdiyi Oğur qolu Volqa bölgəsində,Xələclərin təmsil etdiyi Arqu qolu isə əsasən İranda istifadə olunur.
Bunlardan başqa Şimal-şərqi və ya Sibir qoluna aid Sarı uyğur dili və Cənub-qərb və ya Oğuz qrupuna aid Salar dili Çinin qərb bölgəsində, Şimal-şərq və ya Sibir qoluna aid Fuyü türkcəsi isə Mancuriyada öz mövcudluğunu davam etdirir.
Proqramımızın bu hissәsindә türk dilinin tarixi, coğrafi v dilçilik prinsiplərinə görə təsnifatı ilə hansı coğrafiyalarda istifadə edildiyi haqqında danışdıq. Proqramımızın növbəti hissəsində türk ləhcələrinin xüsusiyyətlərini müzakirə edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Neftçi" yeni hücumçu transfer edib
İdman 23:31Sumqayıtda 4 maşın toqquşub - 5 yaralı var
Hadisə 23:18Messi və Ronaldo eyni komandada ?
İdman 22:37Zəfər yolunda inamla irəliləyirik
Siyasət 21:48“Gücümüz birliyimizdədir!”
Siyasət 21:40YAP xalqın iradəsini əks etdirən aparıcı siyasi qüvvədir
Siyasət 21:292026-cı ilin ən etibarlı dörd avtomobil modeli açıqlanıb...
Texnologiya 21:28Heydər Əliyev yolu Azərbaycanı zirvəyə yüksəldib
Siyasət 20:44Binəqədidə yarımtikilidə yanğın olub
Hadisə 20:14Yenə də yan keçdi.?!
Dünya 19:49“Azneft” təhlükəsizlik tədbirlərini gücləndirib
Sosial 18:54Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü
İqtisadiyyat 18:51Xalq-iqtidar birliyi sarsılmaz təməllərə söykənir
Siyasət 18:47Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir
Siyasət 18:30Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...
İqtisadiyyat 18:28Müasir tariximiz möhtəşəm uğurlarla zəngindir
Siyasət 17:52Aktiv ƏDV ödəyicilərinin sayı 6 faizdən çox artıb
İqtisadiyyat 17:43Sürət və zəriflik...
Siyasət 17:03Yeni sülh təklifləri... - BAXIŞ BUCAĞI
Siyasət 16:51İç savaş, yoxsa?.. - RAKURS
Dünya 16:26Qazaxıstan yeni yataqların axtarışına başlayır
Dünya 14:38İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
Dünya 14:35Kreml: Putin sülhə doğru kiçik addım atdı
Dünya 14:33Ermənistan AB-yə üzvlük üçün müraciəti sürətləndirir
Siyasət 14:27Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 13:13Avropada 650.000 hektara yaxın meşə sahəsi yanıb
Dünya 12:1790 şübhəli saxlanılıb - DİN
Sosial 11:41Qar uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb
Dünya 11:33Kənd təsərrüfatında güzəşt mexanizmlərinə dəyişiklik edildi
İqtisadiyyat 11:32Tərtərdə 54 yaşlı kişi güllələnib
Hadisə 11:31Faktiki hava şəraiti açıqlandı
Sosial 10:31Şəkidə avtomobil piyadanı vurub öldürüb
Hadisə 06:05Bu futbolçu Messinin rekordunu yenilədi
İdman 04:06Kabarda-Balkarda 10 alpinist itkin düşüb
Dünya 03:05Türkiyədə mikroavtobus su kanalına aşıb
Dünya 02:21"Arsenal"dan "Çelsi" üzərində QƏLƏBƏ
İdman 01:20Kəmaləddin Heydərova yeni müşavir təyin olunub
Sosial 00:23Xankəndidə 4 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb
Hadisə 00:03Özəl xəbərlər
Digər xəbərlərQazaxıstan yeni yataqların axtarışına başlayır
Dünya 14:38İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
Dünya 14:35Kreml: Putin sülhə doğru kiçik addım atdı
Dünya 14:33
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9739
-0,13%
-
GBP
2,2970
-0,15%
-
RUB
1,9728
+0,76%



