İtini maşında qoyub və it də sükan arxasına keçərək...“yola düşüb”..?

Belarusun Qomel bölgəsinin Jlobin şəhərində bir kişi Sibir huskisini maşında qoyaraq...bir dəqiqəlik harasa gedib.

...Və sükan arxasına keçən it, avtomobildə nəyəsə toxunubsa, avtomobil hərəkətə keçərək bir neçə metr sürülb və qəzaya düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, qəzanın bütün halları xarici videomüşahidə kamerası tərəfindən qeydə alınıb. Və “Mogilev Online” teleqram kanalı videoya diqqət çəkib.

Deməli Jlobin sakini huskini qapalı maşında dayanacaqda qoyub. Videoda itin yol vəziyyətini izləmək və nə baş verdiyini anlamaq üçün sürücünün oturacağına dırmaşdığı görünür.

Videonun müəllifi yazır ki, avtomobil dişlidə qalıb. Bununla belə, huski hətta onu keçiddən çıxara bilib. Nəticədə avtomobil bir neçə metr irəliləyərək dayanmış digər avtomobilə çırpılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə