"Tesla Cybertruck" pikap avtomobili orijinal avtomobil evinə çevrilib

…“Tesla Cybertruck” elektromobili qeyri-adi aksesuar alıb. Xüsusi dəst, bir kamyoneti tez bir zamanda motorlu evə çevirməyə imkan verir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Autoevolution” saytı yazıb.

“Tesla Cybertruck” avtomobilini avtomobil evinə çevirmək üçün dəst Amerika startapı Cybertruck Co tərəfindən yaradılmışdır.

Pikap gövdəsində alüminium və kompozit materiallardan hazırlanmış xüsusi modul quraşdırılıb.

Modulun yan tərəflərində pəncərələr var və daxili məkanı artırmaq üçün damında bir tente qalxır. Bütün strukturun çəkisi 136 kq-dır və quraşdırmaq, çıxarmaq olduqca asandır. “Tesla Cybertruck” korpusunun döşəməsinə uzunluğu 2235 mm, eni 1219 mm və qalınlığı 76 mm olan döşək döşənib. Bütün dəstin qiyməti 1500 dollardır və iyulun sonunda satışa çıxarılacaq.

“Tesla Cybertruck” avtomobili ABŞ-ı gəzəcək. Demo avtomobil damda əlavə optika ilə təchiz edilib (onun qiyməti 3500 dollardır). Daha sonra opsiya olaraq pəncərələrin açılması, damda günəş panelləri də təklif olunacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə