Cənubi Asiya Oyunlarında maraqlı hadisə yaşandı

... Finiş xəttini görmək əzmində olan qadın idmançı yarışı tərk etmədi

Kambocada keçirilən Cənubi Asiya Oyunlarında maraqlı hadisə yaşandı.

Qadınlar arasında 5 min metr məsafəyə qaçan Kamboca idmançısı Bou Samnanq zədələndi, amma yarışı tərk etmədi. Bu səfər yağmura tutuldu.

Samnanq qadınlar arasında 5000 metr məsafəyə qaçışda əzələ zədəsi səbəbindən geri düşmüşdü.

Finiş xəttini görmək əzmində olan qadın idmançı yarışı tərk etmədi. Lakin o, eyni vaxtda başlayan yağmura tuş gəldi.

SİA-nın əldə etdiyi məlumata görə, gənc idmançı leysan yağışın altında finişə çata bildi.

Kambocalı idmançı yarışdan sonra sevindən göz yaşlarını saxlaya bilmədi.

Bütün xəbərlər Facebook səhifəmizdə