İtaliyada ‘‘Türk kəndi’’ adlı bir kәndin olduğunu bilirsinizmi?
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İtaliya-Avstriya sərhədi yaxınlığında yerləşən Moena kəndində türklәr yaşamır. Kənddə yaşayanlar türkcə bilməsə də, əksəriyyəti Türkiyeni görməsə də, yaşadıqları yeri “Türk kəndi” adlandırırlar. Üç yüz ildən çoxdur ki, bu kənddə türk adәt-әnәnәlәri yaşadılır.
Kənd əhalisinin türklərə olan sevgisi II Vyana mühasirəsindən sonra başlayıb. Mühasirədən sonra yaralı bir Osmanlı əsgəri İtaliyanın kiçik bir kәndinә sığınır. Kənd sakinləri əsgəri müalicə edir. İtalyan dilini yaxşı bilən əsgər sağaldıqdan sonra kənddə məskunlaşır və italyan qızla evlənir. 'El Turco' adı ilə tanınmağa başlayan əsgər kənd sakinləri tərəfindən çox sevilir.
Türk əsgəri kəndlilərdən yüksək vergi almaq istəyən ağalara qarşı çıxır. Moenanı talan etməyə çalışan alman ağalarına üsyan edәn El Turco vergi sistemini xalqın xeyrinə çevirir və belәliklә kәndin qәhramanı elan edilir. O, özünü və türk adət-ənənələrini bölgə əhalisinə o qədər sevdirir ki, onun ölümündən sonra da kənddə türk adət-ənənələri yaşadılır.
Ölümündən sonra hər il avqust ayında keçirilən anım mərasimləri daha sonra festivala çevrilir. Avqustun 19-dan 21-nə kimi kənddə keçirilən “Türkiye şənliyi”ndə kənd demək olar ki, qırmızı və ağ rənglərə boyanır.
Hər evin pəncərələrində türk bayrağı dalğalanır. Festival zamanı türk təamları da hazırlanır. Moenalılar üç əsr əvvəl kəndlərində məskunlaşan türkləri öz əcdadları hesab edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB